Menu

Bakıda 13 yaşlı oğlan dənizdə batıb

07.08.2020, 22:34
Bakıda 13 yaşlı oğlan dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü İbadov Ruslan Adil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol