Bu gündən avqustun 10-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.

635x100

Şərhlər

HACI DAYI 2020-08-08 11:48:16

OPERATİV QƏRARGAHIN BAŞ BİLƏNLƏRİNƏ BİR SUALIM VAR.HƏFTƏNİN 6-CI GÜNÜ İNSANLAR İŞƏ NƏ İLƏ GETMƏLİDİRLƏR?SƏHİYYƏ İŞLƏYİR,RABİTƏ İŞLƏYİR,MARKETLƏR İŞLƏYİR,VƏ S...AY BAŞBİLƏNLƏR XƏSTƏ HƏKİMƏ GETMƏLİDİR NƏ İLƏ GETSİN?HAMININ SİZİN KİMİ ALTINDA DÖVLƏT MAŞINI YOXDUR AXI SAĞA-SOLA MİNİB GETSİN.SİZ NİYƏ İNSANLARI FİKİRLƏŞMİRSİNİZ..İNSANLARI DÖVLƏTDƏN NİYƏ NARAZI SALIRSINIZ?XƏSTƏLİYİN YAYILMAMASI ÜÇÜN EDİRSİNİZSƏ İNANDIRICI ALINMIR.HƏFTƏDƏ 5 GÜN DOLU AVTOBUSLARDA İNSANLARI DAŞIYIRSINIZ.DEMƏK TAKSİ MAFİYASINA İŞLƏYİRSİNİZ.BAŞA DÜŞÜN TAKSİYƏ MİNMƏK ÜÇÜN İNSANLARDA PUL YOXDUR.İNSANLARA YAZIĞINIZ GƏLSİN.

Son yazılar