Ümumdünya Səhiyyə Təşkilatında böyük qalmaqal – “ÜST başçısından hamı narazıdır...”

Fransa və Almaniya Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlara dair danışıqları yarımçıq tərk ediblər. “Reuters” xəbər verir ki, buna səbəb DST-dən çıxdığını elan etməsinə baxmayaraq Birləşmiş Ştatların danışıqlara rəhbərlik etmək cəhdi olub.

“Reuters” bildirir ki, bu, prezident Donald Tramp üçün xoşagəlməz hadisə olub. Beləki hazırda G7 qrupunun rotasiyalı sədri olan Vaşinqton sentyabr ayında DST-nin bütünlüklə islahatıüçün yol xəritəsi təqdim etməli idi. Ağ Ev bu hadisənin prezident seçkisindən iki ay əvvəl baş verəcəyinəümid edirdi.

Birləşmiş Ştatlar ötən iyulda ÜST-yə onun sıralarını tərk edəcəyinə dair birillik bildiriş verib. Tramp DST-ni Çinə həddən artıq yaxın olmaqda və pandemiya ilə mübarizəni yarıtmamaqda ittiham edib.

ÜST bu ittihamları qəbul etmir.

“Reuters” yazır ki, ÜST-i Avropa hökumətləri də tənqid ediblər, amma bu tənqid Vaşinqtonun tənqidi qədər ağır və sərt olmayıb. Bu danışıqlarda iştirak edən Avropa rəsmilərindən biri “Reuters”-ə deyib ki, heç kəs danışıqlara təşkilatı tərk etmiş bir ölkənin rəhbərlik etməsi ilə razılaşmaz.

Almaniya və Fransanın səhiyyə nazirləri “Reuters” agentliyinə danışıqları ABŞ-ın sədrlik cəhdlərinə görə tərk etdiklərini təsdiqləyiblər. İtaliya Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, islahat sənədinin müzakirəsi davam edir, lakin bu məsələdə Roma da Berlin və Parisin mövqeyini dəstəkləyir.

Almaniya və Fransanın demarşı barədə suala cavab verərkən Tramp administrasiyasının vəzifəli rəsmisi deyib ki, G7-nin bütün üzvləri ÜST-nin islahatı ideyasını dəstəkləyirlər. O əlavə edib ki, elə buna görə də Fransa və Almaniyanın mövqeyi təəssüf doğurur. Britaniya hökuməti hadisə barədəşərh verməkdən boyun qaçırıb.

ÜST-nin islahatına dair danışıqlara 4 ay bundan əvvəl başlanıb və indiyədək G7 qrupu üzvlərinin 20-dək telekonfransı olub. G7-nin təklif etdiyi plan Yaponiya və Kanada üçün də nəzərdə tutulub və bu səbəbdən məsələ habelə G20 qrupunda müzakirə olunacaq. G20 qrupuna Çin və Rusiya da daxildirlər. Bu hadisədən sonra G7-nin BirləşmişŞtatlarda sentyabrda keçirilməli olan sammitinin baş tutub-tutmayacağı naməlum qalır.

ABŞ rəsmiləri BirləşmişŞtatların DST üçün islahat planında nələrin olduğunu açıqlamayıblar. Buna baxmayaraq, ABŞ-ın təklif etdiyi yol xəritəsi ilə tanış olan Avropa hökumətləri bu sənədin son dərəcə tənqidi olmasından narazıdırlar.

“Reuters” yazır ki, bir yüksək vəzifəli Avropa rəsmisi sənədi “kobud” adlandırıb. Bu danışıqlardan bir neçə həftə əvvəl rəsmilər “Reuters”-ə bildirmişdilər ki, Vaşinqton öz mövqeyini bir qədər yumşaldıb.

“Reuters” yazır ki, şəxsi söhbətlərində bəzi Avropa rəsmiləri DST-nin başçısı Tedros Adhanom Qebreyesusun sərt tənqid olunmasına tərəfdardırlar. Başqa bir Avropa rəsmisi isə bildirib ki, ÜST başçısının işindən demək olar hamı narazıdır.

Avropa rəsmilərinin fikrincə DST qlobal sağlamlıq hadisələri zamanı neytral reaksiya göstərməyi bacarmalıdır. Avropa hökumətləri ÜST-nin daha güclü, daha yaxşı maliyyələşdirilən və müstəqil təşkilat kimi görmək istəyirlər.

“Reuters” yazır ki, ABŞ-ın ÜST-dən çıxması onu maliyyə baxımından çox da zəif salmayacaq, beləki Vaşinqtonun üzvlük haqqı DST büdcəsinin yalnız 15 faizini təşkil edir. Bəzi avropalıların fikrincə Tramp DST-ni tənqid etməkləözünün COVID-19-a qarşı mübarizə sahəsindəki fəaliyyətindən diqqəti yayındırmağa çalışır.

“Reuters” bunu da xatırladır ki, Trampın Almaniyadakı ABŞ əsgərlərinin bir hissəsini bu ölkədən çıxarmaq qərarı Berlini qəzəbləndirib.

“Reuters” bildirir ki, ÜST-nin islah olunması prosesi, ələlxüsus da Tramp prezident seçkisində məğlub olarsa, yarımçıq qalmayacaq.

Avropa hökumətləri ümumilikdə ABŞ-ı ÜST üzvü kimi görmək istərdilər. Onlar eyni zamanda təşkilatın maliyyələşdirilməsinə verdikləri töhfəni də artırmaq niyyətindədrilər. (azadliq.org)

635x100

Şərhlər

Amil 2020-08-08 16:32:46

Bu üzdəniraqı məhv etməsələr dünya dağılacaq

Son yazılar