Menu

“Silk Vey Vest Aviaşirkəti”nin nizamnamə kapitalı kəskin azaldılıb

08.08.2020, 14:40
“Silk Vey Vest Aviaşirkəti”nin nizamnamə kapitalı kəskin azaldılıb

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 94 077 890 manat və yaxud 54,3% azaldılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 173 396 415 manatdan 79 318 525 manata endirilib.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol