Menu

Somalidə hərbi bazaya hücum: çoxlu sayda ölən və yaralananlar var

08.08.2020, 15:07
Somalidə hərbi bazaya hücum: çoxlu sayda ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişidə stadionun yaxınlığında yerləşən hərbi hissəyə edilən hücum nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bu barədə Somali ordusunun mayoru Abdullahi Mahmud bildirib.

Onun sözlərinə görə, partlayışa səbəb bomba yüklənmiş avtomobilin partlaması olub. Ölən və yaralananların hadisə yerindən daşındığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol