Menu

Bakıda 4 nəfər yol qəzasında yaralandı

09.08.2020, 00:09
Bakıda 4 nəfər yol qəzasında yaralandı

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Məmmədov Marks Füzulioğlu, 1995-ci il təvəllüdlü Cəbrayılov Elvin Vahid oğlu, 1998-ci il təvəllüdlü Qarayev Malik Əliş oğlu və 1986-cı il təvəllüdlü Sultanov Mehman Atakişi oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı M. Məmmədov və M. Qarayeva qapalı kəllə-beyin travması, E.Cəbrayılova döş qəfəsinin küt travması, M. Sultanova isə daxili qanaxma və qarnının küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol