Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var
Baxiş sayı:
Dərc olunub:
09/08/2020 - 14:09
Əfqanıstanın Qəzni şəhərində avtomobilin partladılması nəticəsində azı yeddi polis əməkdaşı həlak olub.
“Report”un məlumatına görə, bu barədə təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Tolo News” telekanalı bildirib.
Mənbə qeyd edib ki, hadisə zamanı daha 15 nəfər yaralanıb. Onlar təcili tibbi yardım göstərilməsi üçün helikopterlə Kabilə çatdırılıb.
Bildirilir ki, partlayışdan sonra silahlılar hərbi düşərgəyə hücum etməyə çalışıblar, amma onlar zərərsizləşdirilib.
Hadisəyə görə, məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.