Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional şöbəsi Ebola virusunun Avropa qitəsində yayılmasının qaçılmaz olduğunu bəyan edib. musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün Avropa Bürosunun direktoru Süzanna Yakab məlumat verib.
“İspaniyada baş verən halın sadə sxeminə uyğun olaraq eyni şeyin gələcəkdə təkrarlanması ehtimal böyükdür” – deyib Yakab. Onun sözlərinə görə, infeksiyanın Avropa daxilində yayılmasına insanların Avropa ölkələrindən Afrikaya və əks istiqamətdə yerdəyişməsi yardımçı ola bilər.


Şərhlər