Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.
Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.
Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.


Şərhlər
TÜRK QADAŞIMIZ TAMAMİLƏ DOĞRU BUYURUR.TÜRK ORDUSU HƏMİŞƏLİK AZƏRBAYCANDA QALMALIDIR.
Türk ordusunun Azərbaycandan çıxmasını kim tələb etsə ya dilinə gətirsə həmin adamı o dəqiqə vətən xaini,milli xəyanətkar kimi qəbul etmək və buna imkan verməməliyik
Türkiyə ilə hərbi müqavilə bağlanmalı və Türk ordusu Azərbaycanda qalmalıdır. Yoxsa düşmənlərimiz daha da quduzlaşacaqlar