ReAL Partiyasının üzvü, deputat Erkin Qədirli Belarusda keçirilən seçkilərin nəticələri və ona qarşı davab edən etirazlara münasibət bildirib.
O, qeyd edib ki, başqa ölkələrdə keçirilən seçkilərdə iki önəmli məsələyə diqqət ayırmaq gərəkdir: "Birincisi, oradakı iqtidarın bizə münasibəti, ikincisi, oradakı müxalifətin bizə münasibəti. İqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Yox, əgər yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır".
Deputat qeyd edib ki, Lukaşenko iqtidarı ODKB-də Putinlə dirəşir, Ermənistana təpinir və Azərbaycana ağır silah satır. "Bu, az deyil. Oradakı müxalifətin bizə münasibətini bilirikmi? Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz", - E. Qədirli vurğulayıb.
"AzPolitika.info"


Şərhlər
мнение этого т. н. депутата, точно также, мнение соседного государства о наших выборах
Cəlal Məmmədov ,bu təyin olunmuş deputatı başa sal .1-ci ,söhbət demokratik seçkidən gedir, 2-ci ,həm Ukraina ,həm belarusta kimin hakimiyyətdə olmasından asılı olmayaraq o xalqların bizə hər zaman hörməti var ,3-cü ,Oktay Əsədov demişkən, danışmayın ,həmişə quşlayırsınız ay deputatlar .AzPolitika şərhi tam versəniz minnətdar olaram
bəs demokratiya?
Malades! Ayə, bu, lap ağıl dəryasıymış... Bəs, DEMAQRATİYA?!
Orada 1 qepik bele , rûshvet yoxdu , Olsada tez bir zamanda qarshisi alinir !!! Yoxsaaa biz ,,,,,