Menu

Ərdoğan İŞİD-dən danışdı - Video

07.10.2014, 19:11
Ərdoğan İŞİD-dən danışdı - Video

"Müsəlman müsəlmanı bu cür vəhşicəsinə öldürə bilməz"

Qaziantepdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbə sərt mesajlar göndərib.

ANS TV-nin məlumatına görə, regionda baş verənlərə BMT-nin sadəcə tamaşaçı qaldığını deyən Ərdoğan İŞİD qruplaşmasını yalnızca havadan bombalamaqla məhv etməyin mümkünsüz olduğunu deyib.

Onun sözlərinə görə, müsəlman müsəlmanı bu cür vəhşicəsinə öldürə bilməz.

Süleyman şah türbəsinə haqqında da danışan Ərdoğan, ora ediləcək istənilən hücumun cavabı həmin dəqiqə veriləcək deyib. O ölkələrin birləşərək qurudan hücum etmədikcə, İŞİD-in məhv edilməsinin mümkün olmadığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol