Menu

“Çeşidli yanlış addımlar atıldı” - Bill Geyts ABŞ-da virusa qarşı mübarizəni tənqid edib

10.08.2020, 17:00
“Çeşidli yanlış addımlar atıldı” - Bill Geyts ABŞ-da virusa qarşı mübarizəni tənqid edib

"Birləşmiş Ştatlar adekvat test proqramı olmadığı üçün koronavirus pandemiyasının cilovlanmasında dünyadan geri qaldı". Bunu “Microsoft” şirkətinin qurucusu Bill Geyts deyir.

Avqustun 9-da CNN televiziyası milyarderin müsahibəsini yayıb. Bu arada ABŞ-da koronavirusa 5 milyondan çox yoluxma halı təsdiqlənib. Pandemiya ən çox bu ölkəyə ziyan vurub, səngimə əlamətləri də görünmür.

“Birləşmiş Ştatların ilkin mərhələdə atdığı çeşidli yanlış addımlar, daha sonra siyasi mühit testlərin aparılmasına imkan vermədi”, – deyən Geyts onu da əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi səyahət qadağasının xeyri yoxdur və mövcud karantinlərə digər ölkələrdən daha az sədaqətlə əməl edilib.

Prezident Donald Tramp isə ölkənin test sistemini müdafiə edir, yoluxma sayının artmasını xeyli sayda testin aparılması ilə izah edir.

Avqustun 9-da ABŞ-da 47 mindən çox gündəlik yoluxma, 532 ölüm halı qeydə alınıb. Ölkədə yeni koronavirusdan indiyədək 162 mindən çox ölən olub. İyunun ortasından yeni yoluxmalar artdığından bir sıra ştatlar biznesin təkrar açılması qərarlarına yenidən baxır, prosesi dayandırırlar. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol