Avropa Birliyi qarşıdakı 5 il ərzində Rusiya ilə münasibətlərə yenidən baxmalıdır.
Bunu İtaliyanın xarici işlər naziri, noyabrın 1-dən AB diplomatiyasının başçısı vəzifəsinin icrasına başlayacaq Federika Mogerini deyib.
Avropa Parlamentində dinləmələrdə Mogerini bildirib ki, Rusiya bu gün tərəfdaş ola bilməz, ancaq yenə də strateji əməhiyyətli qonşudur.
«Rus ayısı» ilə hansı münasibətlər quracağı ilə bağlı sulaa Mogerini «ayınlarla iş təcrübəm» yoxdur cavabını verib. Bununla belə o qeyd edib ki, balans ayının reaksiyasından asılı olacaq.
Mogerininin sözlərinə görə, AB ölkələri Rusiyanın Ukrayna ərazisindən Krıma dəhliz çəkməsinin qarşısını almalıdır. /azadlıq.info


Şərhlər