"Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas maneədir".
“Report”un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
“Uzun illərdir Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirən Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas maneədir.
Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağlını başına yığmasının vaxtı gəlib”-deyə, məlumatda bildirilib.


Şərhlər
Türk ordusunun Azərbaycandan çıxmasını kim tələb etsə ya dilinə gətirsə həmin adamı o dəqiqə vətən xaini,milli xəyanətkar kimi qəbul etmək lazımdır. Və belə milli satqınlara imkan verməməliyik