Menu

Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu keçdi

11.08.2020, 09:57
Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu keçdi

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 20 milyonu keçib.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesablamalar göstərib.

Məlumata əsasən, hazırda yoluxanların sayı 20 001 019 nəfər təşkil edir, 733 103 nəfər ölüb, 12 209 074 isə sağalıb. Yoluxma hallarının çoxu ABŞ-da (5 799 441) qeydə alınıb.

Bunun ardınca Braziliya (3 035 422) və Hindistan (2 215 074) gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol