Menu

BVF-dən bədbin proqnoz

07.10.2014, 19:31
BVF-dən bədbin proqnoz

MDB məkanında iqtisadi artım proqnozu -0,4 faiz olacaq

Beynəlxalq Valyuta Fondu dünya üzrə iqtisadi artım proqnozunu azaldıb.

ANS PRESS-in məlumatına görə, BVF iyul ayında açıqladığı proqnozda qlobal iqtisadi artım proqnozu 4 faiz idisə, bu gün isə elan edilən rəqəm 3,8-ə endirilib.

Cari il üçün verilən proqnozda dəyişiklik olmayıb: - 3,3 faiz.

BVF ekspertləri iqtisadi artımın proqnozunun azalması səbəbi kimi avrozonada iqtisadi zəiflik və inkişaf etməkdə olan böyük ölkələrdə iqtisadi artımın azalmasını göstəriblər.

Fond bildirir ki, qlobal iqtisadi zəiflik ABŞ-dakı iqtisadi artım tempini və İspaniya, Kanada və Meksikada vəziyyətin nisbi yaxşılaşmasını da üstələyir.

Azərbaycanın yerləşdiyi MDB məkanında, Rusiyanı çıxmaqla, 2014-cü ilə iqtisadi azalma 0,4 faiz səviyyəsində proqnozlaşdırılır. İyul ayında isə 2 faiz artım gözlənilirdi. Gələn ilə artım, fondun fikrincə, 4 faiz olmalı idi, indi isə -0,4 faiz azalma proqnozlaşdırılır. Buna səbəb isə Rusiyaya təqbiq olunan beynəlxalq sanksiyalardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol