“Azərbaycan Dəmir Yolları” QSC-də qurumun sədri Cavid Qurbanovun sədrliyi ilə keçirilən müşavirədə Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub. "AzPolitika.info" xəbətr verir ki, adıçəkilən qurumun ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Xatırladaq ki, dövlət başçısı hökumətin avqusutun 6-da keçirdiyi iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin səmərəsiz fəaliyyətini sərt tənqid edib. Bildirib ki, büdcə hesaına dəmiryol xətləri çəkili, lokomativlər, qatarlar alınır, amma büdcəyə gəlir gəlmir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısı İlham Əliyevin çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Toplantıda Prezidentin tapşırığı istiqamətində işləri sürətləndirmək, o cümlədən səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması məqsədilə təhlillərin aparılması ilə bağlı zəruri addımların atılması qərara alınıb.
AzPolitika.info


Şərhlər
malades, sumurun pullari,qoxumlar hakimiyyeti
Gərək Prezident irad bildirəydi ,sonra... Anlamaq çətindir ki, müəssisə mənfəətlə işləmir?
Qurbanov öyrəşdiyi şeydən necə dönüş edə bilər?..
Qurbanov öyrəşdiyi şeydən necə dönüş edə bilər?...