Menu

"Bütün gücümüz və imkanlarımızla Azərbaycanın yanındayıq" - Çavuşoğlu

11.08.2020, 13:43
"Bütün gücümüz və imkanlarımızla Azərbaycanın yanındayıq" - Çavuşoğlu

“İyulun 12-də Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədib”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN başçısı bildirib ki, Azərbaycan yalnız deyil:

“Bütün gücümüz və imkanlarımızla Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik. Bu təxribat nəticəsində həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik".

M.Çavuşoğlu xatırladıb ki, Ermənistan illərdir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır:

“Biz beynəlxalq hüquq və qərarlar və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmasını arzu edirik”.

Şərhlər

Mövlud bəyə 2020-08-11 16:12:49

bir addım irəli, iki addım geri.

nəzakət 2020-08-11 16:01:01

Allahım türkü qoru Amin Amin İlahi Amin Əziz türk xalqı Sizə layiq olmaq üçün sizin kimi olmalıyıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol