“Avrokomissiya Belarusdakı seçkilərin nəticələrinə şübhə edir” - Piter Stano

Avropa Komissiyası (AK) Belarusdak seçkilərin nəticələrinin xalqın iradəsini əks etdirdiyinə şübhə ilə yanaşır. Bu barədə avqustun 11-də Avropa Komissiyasının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano barifinqdə bəyan edib.

“Təəssüf ki, adəti üzrə oldğu kimi, seçkilərə ATƏT müşahidəçilərini göndərmək mümkün olmadı. Biz, yerli müstəqil müşhidəçilərin məlumatlarına əsaslanırıq. Onların əsasında, seçkilərin dərc olunmuş nəticələrinə bizdə əsaslı şübhələr yaranır. Hansı ki, nəticələr Belarus xalqının real iradəsini əks etdirmir» - Stano bəyan edib.

O, həm də qeyd edib ki, Belarusa qaşı yeni sanksiyaların tətbiqi imkanlarına baxılır, ancaq əvvəlcə situasiyanın analizini başa çatdırmaq gərəkdir.

Bu zaman, «Aİ xarici-syasət xidməti Litvaya qaçmış Belarus prezidentliyinə namizəd Svetlana Tixanvskaya ilə əlaqə saxlayırmı?»- sualına Stano cavab verməkdən imtina edib.

Aİ xarici-siyasət xidmətinin başçısı, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Jozep Borrel «Tvitter»də yazıb ki, Aİ XİN başçıları Belarusdakı vəziyyətlə bağlı birgə bəyannamə hazırlayırlar.

Xəbər verildiyi kimi, bu ərəfədə AK başçısı Ursula fon der Lyayen, Avropa Şurasının sədri Şarl Mişel, Avropa parlamentinin spikeri David Sassoli, AK xarici-siyasət xidmətinin başçısı Jozep Borrel və NATO Baş katibi Yens Stoltenberq Belarus güc strukturlarının seçkilərdən sonra etirazçılara qarşı disproporsional fəaliyyətini qəbuledilməz adlandırıblar.

Aİ təsisatlarının rəhbərləri həm də səsvermənin gerçək nəticələrini dərc etməyə çağırıblar.

Bu fonda Aİ-nın xalq partiyası Belarus rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə və «Belarus vətəndaş cəmiyyəti»ni dəstək proqramını yeniləməyə çağırıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar