RUSİYA ERMƏNİSTANI AZƏRBAYCANA QARŞI SİLAHLANDIRIR - İşğalçıya hansı silahlar, hansı marşrut üzrə göndərilib? + FOTOLAR

Tovuzda qızğın döyüşlər getdiyi vaxt Rusiya hərbi nəqliyyat təyyarələri Ermənistana müasir silahlar çatdırıb

Rusiyanın Ermənistana “hədiyyə” etdiyi silahlar dinc və günahsız yürzılərlə vətəndaşımıza həyatı bahasına başa gəlir...

Cənubi Qafqaz regionunu yenidən savaş meydanına çevirməyə çalışırlar. Belə anlaşılır ki, bu region uğrunda mübarizə amansız xarakter almağa başlayıb. Və bu mübarizənin bir tərəfində də məhz Ermənistanı silahlandırmaqda davam edən Rusiyanın dayandığı qətiyyən şübhə doğurmur.

Kremlin Cənubi Qafqazda tək istinad nöqtəsi artıq aciz duruma düşüb, demək olar ki, heç nəyə yaramayan Ermənistan sayılır. Halbuki Paşinyan hakimiyyəti Rusiyanı Qərbdəki yeni ağalarına satmağa, beləliklə də, ilk uyğun imkanda Kremlə xəyanət etməyə hazır olduğunu artıq dəfələrlə sübut edib.

Ancaq Rusiya bütün bunlara baxmayaraq, Ermənistana hərbi-siyasi yardımlarını davam etdirməkdədir. Halbuki Kreml öz imperialist köklərindən bir qədər uzaqlaşıb, Azərbaycan və Türkiyə ilə anlaşmaq variantını seçmiş olsaydı, bu coğrafiyada Rusiya da daxil olmaqla, hər kəsin maraqları tam şəkildə təmin edilmiş olardı. Bu, hamı üçün daha faydalı perspektivlər vəd edərdi.

Son məlumatlara görə, Rusiya həm rəsmi İrəvanın hərbi avantüraları ərəfəsində, həm də Azərbaycanın Ermənistanı “sağlı-sollu qapazlaması”ndan dərhal sonra öz forpostuna silah-sursat göndərib. Halbuki Rusiyanın Azərbaycanla da tərəfdaşlıq münasibətləri mövcuddur. Və Kremlin Azərbaycanla düşmən olan Ermənistanı silahlandırması rəsmi Bakıyla tərəfdaşlıq münasibətlərinin çərçivəsinə qətiyyən sığmır.

Məsələ ondadır ki, Rusiyanın Ermənistana silah-sursat daşıdığını sübut edən kifayət qədər faktlar mövcuddur. Hətta Ermənistana eniş etmiş silah-sursat yüklü hərbi-nəqliyyat təyyarələrinin sayı və marşrutları belə, məlumdur.

Sensasion faktların əks olunduğu yazı “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli Minval.az saytında 2020-ci il gedib. Materialda Ermənistana gedən növbəti partiya Rusiya silahlarının tam təsnifatı verilir və konkret çatdırılma marşrutları göstərilir. 

Sən demə, Tovuzda qızğın döyüşlər getdiyi vaxt Rusiya hərbi nəqliyyat təyyarələri Ermənistana müasir silahlar çatdırıb.Ümumilikdə, əldə olan məlumatlara görə, 7 reys (!!) olub: 2 reys - 17 iyulda, yəni döyüşlərin qızğın vaxtında, 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində isə gündə 1 reys olmaqla cəmi 5 reys reallaşıb. Silahları Ermənistana Rusiyanın İl-76 təyyarələri daşıyıb. Onlar Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşrutu üzrə uçub.

Bu marşrutun uzunluğu 2000 km-dən çox, uçuş müddəti isə 3 saat 30 dəqiqədir. Şübhəsiz ki, birbaşa Gürcüstan ərazisindən uçmaq daha asan, daha rahat və daha tez olardı - bu vəziyyətdə marşrutun uzunluğu cəmi 500 kilometr, uçuş müddəti 1 saata düşərdi. Lakin rəsmi Tiflis prinsipial və ləyaqətli hərəkət edib: Gürcüstan siyasi iradə və məsuliyyət nümayiş etdirərək, Rusiya hərbi nəqliyyat təyyarələrinin öz hava məkanından keçməsinə, sadəcə, icazə verməyib.

Odur ki, İL-76 əməlli-başlı dövrə vuraraq Qazaxıstan, Türkmənistan və İran hava məkanları ilə uçmalı olub. Ümumilikdə Ermənistana 280 ton hərbi texnika çatdırılıb. Bunların arasında ən yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri də var. O sırada həmçinin “Krasuxa”, “Avtobaza”, “Sky-M”, repitorlar və s. çatdırılıb.

“Avtobaza”

Qeyd edək ki, real müharibə şəraitində radioelektron mübarizə vasitələrinin çoxsaylı vəzifələri var: rəqib rabitə sisteminin sıradan çıxarılması, danışıqların ələ keçirilməsi və s. Onlar habelə dronlarla mübarizə üçün nəzərdə tutulub. Bu isə bəlli olduğu kimi, hələ 2016-cı ilin aprelindən Ermənistanın yaralı yeridir...

“Krasuxa

Rusiyanın Azərbaycandakı səfirliyinə “Yeni Müsavat” Media Qrupuna daxil olan Minval.az saytının həmin təyyarələrin daşıdığı yüklə bağlı göndərdiyi sorguya isə rus diplomatik nümayəndəliyindən qeyri-müəyyən cavab verilib: “Səfirlik beynəlxalq reysləri izləmir”. 

Yəni, əslində, Rusiya səfirliyi sorğunun məzmununu nə təkzib, nə də təsdiq etməyib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov

Təbii ki, bu, olduqca düşündürücüdür. Çünki buna bənzər “silah qalmaqalı” bir müddət öncə Serbiya və Gürcüstanla bağlı da yaşanmışdı. Belə ki, Serbiyadan göndərilmiş minaların yükləndiyi ağır tonnajlı maşınlar Gürcüstan üzərindən Ermənistana keçirilmişdi.

Maraqlıdır ki, bu “silah qalmaqalı” da məhz Azərbaycan mətbuatının səyləri sayəsində ortaya çıxmışdı. Azərbaycan mətbuatı təkzibolunmaz faktları ortaya çıxartdıqdan sonra buna rəsmi reaksiya verilmişdi. Düzdür, Serbiya tərəfi əvvəlcə faktları təkzib etməyə çalışsa da, ancaq sonradan bunun mümkün olmadığını anlayıb, araşdırmaya başladı.

Bundan sonrasa, oxşar silah ötürmə cəhdi iflasa uğradı. Belə ki, Gürcüstan rəsmi Bakının sərt reaksiyası qarşısında geri çəkilərək, Ermənistana silah ötürülməsi cəhdlərinə qarşı öz dövlət sərhədlərini qapatmaq məcburiyyətində qaldı. Eyni zamanda, Serbiya ilə də bu məsələ ətrafında müzakirələrin müsbət nəticələr verdiyini iddia etmək üçün müəyyən əsaslar mövcuddur.

Ancaq bu qalmaqallarda bir önəmli və xoşagəlməz məqam da diqqəti çəkir. Belə ki, Ermənistana silah-sursatın daşınması ilə bağlı məsələyə adekvat reaksiyanın verilməsində Azərbaycan diplomatiyası sanki ölkə mətbuatından bir addım arxada qalmaqdadır.

Hər halda, Rusiyanın Ermənistanı əlaltından silahlandırmasına Azərbaycanın Xarici İşlər Nazirliyinin reaksiyasını adekvat hesab etmək bir qədər çətindir. Belə ki, Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağılıb, bu məsələ ilə bağlı sorgu-sual edilə və ona dövlətimiz adından etiraz notası təqdim oluna bilərdi. Yeni nazir Ceyhun Bayramov çevik davranmalı və dəyişimin haqqını verməli, fərqi göstərməli idi...

Digər tərəfdən, Azərbaycanın Rusiyadakı səfirinin reaksiyası da müşahidə edilmir. Əgər, bir səfir öz ölkəsinin milli təhlükəsizlik kimi önəmli maraqları təhdid altında olarkən, səlahiyyətlərini normal şəkildə icra etməyəcəksə, bəs, onun diplomatik fəaliyyəti nə vaxt müşahidə ediləcək. Azərbaycan səfirinin işi mədəniyyət tədbirlərində iştirak etmək deyil, ölkənin milli təhlükəsizlik maraqlarını qorumaqdır.

Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da ölkəmiz üçün, Qarabağ üçün bunca taleyüklü məsələlərə laqeyd yanaşmağa görə ən sərt tənqidə layiqdir.

Təəssüf ki, Azərbaycanın belə bir məsuliyyətli və təhlükəli bir dönəmdən keçməsinə baxmayaraq, adekvat diplomatik fəaliyyətə şahidlik edə bilmirik. Halbuki qətiyyən gecikmək olmaz, əksinə, çevik və qətiyyətli addımların atılmasına ehtiyac var.

Kimsəyə xatırlatmağa elə bir ciddi ehtiyac yoxdur ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Və hərbi əməliyyatların hər an yenidən başlaması qətiyyən gözlənilməz deyil.

Düşmən - Ermənistan sürətlə silahlanır. Üstəlik, bu düşməni Azərbaycanın şimal qonşusu olan Rusiya silahlandırır. Ən əsasısa, bu silahlanma prosesi Ermənistan və Rusiya arasındakı hərbi ticarət anlaşmasına uyğun reallaşdırılmır.

Məsələ ondadır ki, bəzi məlumatlara görə, Ermənistan Rusiyadan aldığı silah-sursatın əvəzində bir rubl belə, ödəmir. Yəni, Kreml Ermənistana daşınan həmin silah-sursatı rəsmi İrəvana “hədiyyə” edir. Və bu silah-sursatın yaxın gələcəkdə Azərbaycana qarşı istifadə ediləcəyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə əməkdaşlıq, hətta tərəfdaşlıq münasibətləri mövcuddur. Rəsmi Bakı bu münasibətlərin qorunmasına Azərbaycanın müstəqilliyi dövründə həmişə sadiq olub. Və Rusiya ilə qarşılıqlı münasibətlərə kölgə sala biləcək hər hansı bir addım atmayıb.

Ancaq keçmiş SSRİ-nin dağılmasından üzübəri ötən bütün müddət ərzində Kreml Azərbaycanın işğal edilmiş əraziləri azad edilənədək müharibə vəziyyətində olacağı Ermənistana hərbi dəstəyini heç vaxt əsirgəməyib. Rusiyanın Ermənistana silah-sursat və hərbi texnika peşkəş etməsi artıq Kreml üçün bir vərdişə çevrilib. Və bu baxımdan, Rusiyanın Ermənistan üçün “müftə silah tədarükçüsü” rolunu oynadığını da düşünmək olar.

Buradaca önəmli bir məqamı vurğulayaq ki, Ermənistandan fərqli olaraq, Azərbaycan istənilən ölkədən silah-sursat alıb özünün müdafiə və döyüş qabiliyyətini artıra bilər. Çünki ərazisinin bir hissəsi işğal edilib – hansı ki, BMT başda olmaqla, bütün nüfuzlu beynəlxalq və regional qurumlar tərəfindən tanınıb, konkret sənədlər, o cümlədən qətnamələr şəklində təsbitlənib. Həmin sənədlərdə işğalçının adı da konkret göstərilir – Ermənistan. Və həmin sənədlərin bir çoxuna, o sırada BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinə TŞ-nin 5 daimi üzvündən biri kimi Rusiya da səs verib, imza atıb. Rusiya habelə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə, işğal altındakı oyuncaq qurumu tanımamaqda davam edir.

Bütün bunları nəzərə aldıqda, Azərbaycanın rəsmi dairələrinin Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməsi vaxtının artıq çatdığı qətiyyən şübhə doğurmur. Yəni, Azərbaycan dövləti Kremlə xatırlatmalıdır ki, Rusiyanın Ermənistana “hədiyyə” etdiyi silahlar yüzlərlə dinc və günahsız vətəndaşımıza həyatı bahasına başa gəlir.

Eyni zamanda, Azərbaycan cəmiyyətinin də bu məsələyə reaksiya verməsi böyük önəm daşıyır. Hər halda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında “Ermənistanın silahlandırılmasını dayandır!” şüarlarının səsləndirilməsi qətiyyən yersiz görünməzdi.

Bütün bunlar onu göstərir ki, Rusiya Ermənistanı yenidən silahlandırmaqla, Cənubi Qafqaz regionunda geopolitik situasiyanı gərginləşdirmək niyyətinə düşüb. (musavat.com)





635x100

Şərhlər

TARIX 2020-08-13 10:20:13

BİZ ÖZÜMÜZƏ HÖRMƏT ETMƏDİKCƏ KİMSƏ BİZƏ HÖRMƏT ETMƏYƏCƏK.BÜTÜN BƏLALARIMIZİN BAŞINDA RUSİYA DURUR

TARIX 2020-08-13 10:05:27

BÜTÜN XƏYANƏTKAR MƏMURLAR,VƏZİFƏ SAHİBLƏBU MƏKTƏBLƏRDƏ ÖZ ƏLİMİZLƏ RUSCA DÜŞÜNƏN İNSANLAR YETİÇRİ TƏCİLİ TƏMİZLƏNMƏLİ,RUS MƏKTƏBLƏRİ LƏĞV OLUNMALIDIR.

Filli siyasət 2020-08-13 05:42:19

BMT qətindən sonra belə işğalçı kimi onu silahlandırma cinayətinə də nəinki iddia, heç siyasi bəyanat belə verilməyib!?

"AzPolitika.info" - ya sual 2020-08-12 17:11:07

Bu meqalede yazilan faktlara esasen, Azerbaycan Respublikasi iqtidarı , KONSTITUSIYANIN TELEBLERININ ICRASININ QARANTI OLARAQ, Azerbaycan XALQININ TELEBINI DERHAL QEBUL ETMELIDIR ki, Azerbaycan Kremle TABE DEYIL ve HECH BIR VAXT, Kremlden ASILI OLMAYACAQ. ... Daqliq Qarabaq ve etrafindaki 7 rayonlari, 30 ildir ki, dushmen ermeni - rus ishqalchilari ZEBT EDIBLER...., ..." DANISHIQLAR" IMITASIYA ile , VAXT ITKİSİDIR, ........

Ağayev Ağahüseyn 2020-08-12 15:43:56

İLK növbədə TÜRKİYƏNİN hərbi bazasını AZƏRBAYCANDA yerləşdirməli SONR ABŞ-ın hərbi bazasını İMİŞLİ-BEYLƏQAN istiqamətinda yerləşdirmək.ONDA həm rus həmda iran ŞALVARA VERƏR. Başqa yolu yoxdur bunun.

Xalq 2020-08-12 12:49:30

rusiyanın belə xəyanətindən sonra nə neytrallıq? Mütləq Türkiyə bazaları yaradılmalıdır, gecikməyimiz dövlətimizin işğalına gətirib çıxaracaq. Çevik tərpənməliyik.

VƏTƏNDAŞ 2020-08-12 12:47:32

RUSİYA QARABAĞI İŞĞAL EDİB ERMƏNİLƏRƏ VERİB VƏ AZAD ETMƏYİMİZƏ İCAZƏ VERMİR.BU ÖLKƏ ERMƏNİSTANA SİLAHI HAVAYI VERİR,ORDUMUZUN ƏN QEYRƏTLİ ZABİTLƏRİNİ ŞƏHİD ETDİ.BƏZİ ÖZÜNÜ DÜPUTAT SAYANLAR RUSİYA İLƏ YAXŞI MÜNASİBƏTİN POZULMASINDAN QOXDUQLARINI BİLDİRİRLƏ VƏ DOLAYISI OLARAQ TÜRK QARAŞLARIMIZIN AZƏRBAYCANA CƏLMƏSİNİN ƏLEHİNƏ ÇIXIRLAR.BU ADAMLAR HƏMİD SULTANOVUN,QƏZƏNFƏR MUSABƏYOV KİMİ SATQINLARIN DAVAMÇILARIDIRLAR.AZƏRBAYCAN XALQI ONLARI TANIYIN VƏ YADDA SAXLAYIN.

t.ədalət 2020-08-12 12:33:20

Beyrutdan Dağlıq Qarabağ və ona bitişik rayonlara köçürülən erməni ailələrin maliyə xərclərini də Rusiyanın öz üzərinə götürdüyü deyilir.Artıq yüz min erməni--bizim nazir və məmurların dayıları,qayınları işğal altında olan torpaqlarımızda məskunlaşdırılıblar...

Əhməd Rəcəbov 2020-08-12 12:23:22

Yazı maraqlı və məzmunludur.Ancaq bəzi əlavələrə ehtiyac olduğu görünür.Abzasların birində c.Bayramovun bu silah daşınması msəəsinə cavab vermədiyi qeyd olunur.Bəs cənab Bayramov bu silah daşınması ilə xəbərdar edilmişdimi? Vaxtında xəbər edilməyibsə səbəb? İkincisi hamı bilir ki.Polad Rusiyada Mədəniyyət nazirliyinin nümayədəsindən artıq fəaliyyətlə məşöul olmayıb.Onu sədir təyin edəndə bu düşünülübmü ki,o Rusiya kimi ölkədə Azərbaycanı səfir kimi təqdim edə bilməz?Bəs hansı səbəbdən belə adam səfir saxlanılıb? Digər tərəfdən,Biz Rusiya ilə dostluq,tərəfdaşlıq vəziyyətində ulduğumuzu bəyan edirik.Bəs niyə indiyə kimi Ermənistan məsələsi Rusiya ilə ciddi.birdəfəlik həllini tapmır?Bu göstərilən məchul sualların avabı bir çox məsələlərin üzərinə işıq salardı

Soldat 2020-08-12 12:20:13

Bizə isə t-72,tank, BMP-1 köhnə 50 il əvvəlin silahını milyardlara satır

t.ədalət 2020-08-12 12:18:02

Azərbaycanın Rusiyadakı nümayəndə-səfiri Polad Bülbüloğlu Azərbaycandan çox Rusiyanın təəssübkeşidir.Vətənpərvərliyin və milli duyğunun nə olduğunu bilməyən bu adamdan ölkəmizin xeyrinə nəyisə gözləmək səfehlikdir.

t.ədalət 2020-08-12 12:07:36

Təəssüf ki bizim hökumət hələ də Rusiyanın vasitəçiliyindən imtina məsələsini qaldırmır.ermənistana silah-sursat göndərən Rusiyanı daha çox sevməyə başlayırıq.Efir məkanlarımız rus mahnıları ilə doldurulur,gərəksiz rus təhsil sisteminə məhəbbət sərgilənir.Hakimiyyət eşalonunu zəbt etmiş anti-türk ünsürlər Azərbaycanı rus təhlükəsi ilə baş-başa qoyub.Bilə-bilə ki,işğalçı Rusiyadır ermənini suçlayırıq.Etiraf etmək lazımdır ki, bəzi məmurlar Rusiya yönlüdür və Azərbaycanın işğal yolu ilə rus müstəmləkəsinə çevrilməsinə maraqlıdır...

Son yazılar