"Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Touchess" MMC-dir.
Qalib şirkətə 10,7 min manat ödəniləcək.
Qeyd edək ki, "Touchess" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Səbuhi Məmmədov Əmirxan oğludur.


Şərhlər
Yeyintinin bir növüdür....
Mənə elə gəlir ki, 25-30 dənə eşşək arabası alsaydılar daha lazımlı , həm də ki, yüksək texnologiyaya uyğun, olardı
Məcbur etmək lazımdır müdirləri işə bununla gedib-gəlsin. Yayda, Bakıda 40 dərəcə istidə və ya yağışlı və Baki küləyilə havanı təsəvvür edin. İndiki zamanda ,çatdırılma sürət inin nə dərəcədə vacib olduğunu da nəzərə alsaq çox vacib iş görüblər. Başında palıd ağacı söhbəti...
Bu personal velosipedlər Azərpoçtun rəhbərliyini gəzdirəcəklər. Yəqin... Azərpoçt , Yüksək texnologiyalar innovasiyalar və ən əsası , nəqliyyat nazirliyinə tabedir axı...