Tanınmış rusiyalı dirijor belarusları dəstəklədi - Lukaşenkonun ordenindən imtina etdi

Tanınmış rusiyalı dirijor və skripaç Vladimir Spivakov prezident seçkilərindən sonra Belarusda baş verənləri şərh edib və oradakı hadisələri «cəhalət» adlandırıb.

SSRİ Xalq artisti həm də Lukaşenkonun ona verdiyi Fransisk Skorin Ordenindən imtina etmək barədə qərarından xəbər verib. Spivakovun açıq məktubu «Kommersant» saytında dərc olunub.

Dirijorun fikrincə, Belarus xalqı haqlı olaraq, elementar hüquq və azadlıqlar tələb edir. O, etiraf edib ki, Lukaşenko tərəfindən verilmiş ordeni gəzdimək onun üçün ayıbdır.

«İnsanlar sevilmək üçün doğulurlar, alçaldılmaq və şikəst edilmək üçün yox» - deyə, Moskva beynəlxalq Musiqi evinin prezidenti əlavə edib.

Xatırladaq ki, Spivakov Fransisk Skorin Ordenini 2014-cü ildə alıb.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2020-08-13 10:57:56

Rusiyanın drijoru da Putin kimi düşünür.

Son yazılar