Belarusun əsas zavodları tətilə çıxır: prezidentə istefa tələbi

Belarusun məşhur markalarından, Belarus avtomobil zavodunun (BelAZ) fəhlələri rəhbərlikdən ölkədə baş verən situasiyaya aydınlıq gətirməsini, habelə zavodun məhsullarından dinc əhaliyə divan tutulması məqsədilə istifadə olunmamasını tələb ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, artıq məsələ zavod əməkdaşlarının öz iş yerlərini tərk edərək tətil elan etməsinə qədər irəliləyib.

Fəhlələr hətta bütün istehsal müəssisələrini ümummilli tətilə çıxmağa, ölkə rəhbərliyini isə istefaya çağırıblar.

“Tut.by” portalının verdiyi məlumata əsasən “BelAZ” ın baş direktoru Oleq Stepuk insanları sakitləşdirərək, Belarus xüsusi təyinatlılarının zavod işçilərini bir daha yolda həbs etməyəcəyinə söz verib.

“BBC”nin Rusiya xidmətinin informasiyasına görə, etirazçılar zavodun yerləşdiyi Jodino şəhərinin icraiyyə komitəsinin sədri Dmtri Zabolotski ilə də görüşüblər. D.Zabolotski “OMON”çuların ümumiyyətlə, şəhər içindən yığışdırılacağını, habelə “BelAZ” maşınlarından nümayişçilərin tutulması məqsədilə istifadə olunmayacağını vəd edib.

“The Village” saytı isə Belarusun “Qrodno-Azot”, “Belmedpreparati”, “Belqosfilarmoniya”, “Qradnojilstroy”, “Terrazit”, “Lidskiy rınok”, “Keramin” kimi iri istehsal müəssisələrinin də “BelAZ”-a qoşulduğunu bildirir. Adı çəkilən qurumların rəhbərliyindən etirazçılara verilən dəstək xəbərləri diqqət çəkir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar