Braziliyada COVID-19-dan daha 265 nəfər ölüb
Baxiş sayı:
Dərc olunub:
13/08/2020 - 23:47
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.“Report”un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan 265 nəfər vəfat edib, ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir.
Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanlardan 2 309 477 nəfər sağalıb.
Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə yalnız ABŞ-dan geri qalır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.