Əsgərovalara məxsus sığorta şirkəti növbədənkənar yığıncaq çağırıb

15 sentyabr 2020-ci il tarixdə “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Yığıncaq “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisində (ünvan: Həsən Əliyev küçəsi 4/186) keçiriləcəkdir.

Marja xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirə olunması nəzərdə tutulmuşdur:

1. Səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi;

2. Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər.

Qeyd edək ki, “İpək Yolu Sığorta”nın səhmdarları Cəmilə Əsgərova (38,74%), Məlahət Əsgərova (38,74%), SİLK VEY AVİAŞİRKƏTİ (19,05%) və AZAL-dır (3,47%).

Xatırladaq ki, "Silk Way Business Aviation" MMC adını "ASG Business Aviation"ə dəyişmişdir.

635x100

Şərhlər

.EJDER 2020-08-14 14:20:55

HA HA MALADES OQRUDAN OQRUYA HALALDI

Son yazılar