Britaniyalılar Fransa və Niderlandı tərk edirlər
Baxiş sayı:
Dərc olunub:
14/08/2020 - 21:20
Fransa, Niderland və Maltada istirahət edən minlərlə britaniyalı təcili evlərinə qayıtmaq istəyirlər. “RİA Novosti” xəbər verir ki, onlar şənbə günündən Fransada tətbiq olunacaq iki günlük karantindən qaçırlar.
Yerli nəqliyyat şirkətlərindən bildirilib ki, Fransadan Krallığa gedən qatarlarda izdiham var və avtomobillə getmək üçün bilet qalmayıb.
Britaniya hökuməti avqustun 15-dən etibarən Fransa, Niderland, Malta, Monako, Turks və Kaykos adalarından, həmçinin, Niderland Krallığının bir hissəsi olan Arubanın dənizətrafı ərazilərindən gələnlər üçün iki həftəlik karantin tətbiq edəcəyini açıqlayıb.
Bu, həmin ərazilərdə COVID-19-a yoluxma sayının artması ilə əlaqədardır.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.