Menu

İŞİD-dən qorxan PKK Quranı yandırdı - Foto

08.10.2014, 08:56
İŞİD-dən qorxan PKK Quranı yandırdı - Foto

Türkiyədə icazəsiz aksiyalar keçirən PKK tərəfdarları müxtəlif zorakılıq hadisələri törədiblər

İŞİD-in Suriyanın Kobani şəhərini işğal etməsini bəhanə edərək Türkiyənin əksər şəhərlərində icazəsiz etiraz aksiyaları keçirən PKK terror təşkilatı tərəfdarları müxtəlif zorakılıq hadisələri törədiblər.

Etirazçılar aksiyaların keçirildiyi yerin yaxınlığında olan mağazaların şüşələrini sındırıb, bələdiyyəyə aid ictimai nəqliyyat avtobusunu yandırıblar.

Bundan başqa Esenyurt rayonunda Suriya qaçqınlarının dayaq məntəqəsinə hücum edən PKK tərəfdarları rayon ərazisindəki dövlət banklarına aid bankomatları sındırıb, dayanacaqda hərəkətsiz dayanan avtomobilləri və müqəddəs Qurani Kərimi yandırıblar.

Qeyd edək ki, İstanbulda davam edən aksiyalarda 98 etirazçı saxlanılıb və Valilik vəziyətin nəzarətdə olduğunu açıqlayıb. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol