Menu

Prezidentin köməkçisi polisin fəaliyyətindən danışdı

15.08.2020, 12:20
Prezidentin köməkçisi polisin fəaliyyətindən danışdı

“Koronavirus pandemiyası dövründə ön cəbhədə fəaliyyətdə olan sahələrindən biri Daxili İşlər Nazirliyi və Azərbaycan polisidir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

PA rəsmisinin sözlərinə görə, polislər öz sağlamlıqlarını təhlükə altında qoyaraq, məzuniyyətə çıxmadan kompleks şəkildə öz peşə fəaliyyətlərini yerinə yetirirlər:

“Həqiqətən də onların fəaliyyəti yüksək qiymətləndirilməlidir. Vətəndaşlarımıza böyük hörmət və qayğı ilə bu peşə fəaliyyəti yerinə yetirilir”.

Hikmət Hacıyev vurğulayıb ki, polis üzərinə düşən vəzifələrlə əlaqədar iaşə və digər obyektlərdə qaydalara əməl olunub-olunmaması ilə bağlı yoxlamalar həyata keçirəcəklər:

“Nəzarət olunacaq ki, obyektlərdə sui-istifadə hallarına yol verilməsin. Buna yol verilərsə, qanunvericilikdə nəzərdə tutulan hüquqi tədbirlər görüləcək. Bu fəaliyyətlə bağlı hər hansı xoşagəlməz hal yaranarsa, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət oluna bilər və xüsusatlar müvafiq qaydada araşdırlacaq”.

Şərhlər

Vətəndaş 2020-08-15 13:56:31

Azərbaycanda xarici siyasət məsələləri o qədər əladır ki, bu sahənin məsul işçiləri artıq səhiyyə ilə məşğuldur.Bəs Prezident dministrasiyasında bir başa belə məsələlərə baxan şöbə yoxdur ki, onun məsul işçisi bu işlərlə məşğul olsun.Hər şey baş-ayaqdır.Sanki idarəçilikdən xəbəri olmayanlar bu işlə məşğuldur.Bütün xarici məsələlərimiz müvəffəqiyyətlə həll olunduğundan artıq zarici siyasət məsələsinə baxılma ehtiyacı qalmadığından bu şöbə işçiləri səhiyyə işləri iləməşğuldurlar.XIN saat kimi işləyir.xaricdə səfirlərimiz yerində böyük işlər görür,Qarabağ məsələsi həll olub iş səhiyyəə qalıb ki, onu da Şirəliyev 30 ildir böyrü üstə qoydu.Təbib-də ki, pulyığır.Əlaa!əbie`sat@[

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol