Menu

Bakıda doğum evində ölüm hadisəsi baş verib

15.08.2020, 13:53
Bakıda doğum evində ölüm hadisəsi baş verib

Bakıda doğum evində ölüm hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində baş verib.

Orada 1997-ci il təvəllüdlü Esmira Hüseynova doğuş edib. Yeni doğulan körpə vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol