“Eldar Həsənovun həbsi bununla bağlı ola bilər...” – İsa Qəmbər
Baxiş sayı:
Dərc olunub:
15/08/2020 - 14:32
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər keçmiş Baş prokuror, səfir Eldar Həsənovun həbs olunmasına qısa münasibət bildirib.
O, "AzPolitika.info"-ya açıqlamasında deyib ki, hakimiyyət E.Həsənovun həbsini korrupsiya əməlləri ilə bağlayır: "Amma hakimiyyətdə korrupsiyaya bulaşmamış kimsə olmadığı üçün bu həbsin əsas səbəbi hakimiyyətdaxili yenilənmə xəttinə daha əlverişli şərait yaratmaq istəyi ola bilər. Biz MSDM olaraq prosesi diqqətlə müşahidə edirik".
"AzPolitika.info"
Şərhlər
Yaddan çıxarmaq lazım deyil ki,İsa Qəmbər indiki zaman müstəqi Azərbaycanın Parlamentinin sədriolub. Eyni zamanda Prezident səlahiyətini də Elçibəy seçilənə qədər idarə edib və bu müddətdə milli ordu hücuma keçib ermənilərə qan uddurulub.
İbad bəyin şərhinə qatılıram. Arxivdə olanları, özünü uğursuz təsdiq etmişləri qurdalamayın, qoyun yatsınlar. Bizim ən böyük problemimiz əbədi müxalifət oldu, imkan vermədilər potensialı olan önə çıxsın. Məhv etdilər hər şeyi.
Bu yanmış figurların müsagibəsini dərc etməyin hörmətli Azpolitika