Menu

Putinlə Lukaşenko arasında daha bir kritik telefon söhbəti

16.08.2020, 18:12
Putinlə Lukaşenko arasında daha bir kritik telefon söhbəti

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında növbəti telefon danışığı olub. Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin və Lukaşenko Belarusda prezident seçkilərindən sonra respublikaya xaricdən göstərilən təzyiqləri nəzərə almaqla yaranmış vəziyyətin müzakirəsini davam etdiriblər.

Rusiya tərəfi İttifaq dövlətinin yaradılması haqqında müqavilənin prinsipləri əsasında, eləcə də, lazım olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə vacib yardım göstərməyə hazır olduğu təsdiqləyib.

Xatırladaq ki, Lukaşenko ilə Putin ötən gün də telefon danışığı aparmışdılar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol