Menu

Çempionlar Liqasında həftənin rəmzi yığması açıqlandı

16.08.2020, 20:26
Çempionlar Liqasında həftənin rəmzi yığması açıqlandı

UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandası açıqlanıb."Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə İspaniyanın “Barselona” klubunu 8:2 hesabıyla məğlub edən Almaniyanın “Bavariya” komandasından 5 futbolçu yer alıb: Robert Levandovski, Tomas Müller, Filip Koutinyo, Serj Qnabri və Yozua Kimmix.

Həmçinin İngiltərənin "Mançester Siti" klubunu 3-1 hesabıyla məğlum edən Fransanın "Lion" komandasında 3 futbolçu - Mussa Dembele, Ussem Aya və Antoni Lopeşdir.

Rəmzi komandaya İspaniya "Atletiko"sundan Joao Feliks, İtaliya "Atalanta"sında Robin Qosens və Fransanın "PSJ" klubundan Markinyos daxil ediliblər. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol