Menu

Somalidə terror hadisəsi baş verdi - 5 nəfər öldü, 28-i isə yaralandı

16.08.2020, 23:23
Somalidə terror hadisəsi baş verdi - 5 nəfər öldü, 28-i isə yaralandı

Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb."Report" xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

“Gubjug News” xəbər portalı is hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirib.

Yerli Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında maşına quraşdırılmış bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Bildirilir ki ölənlər arasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərinin sayının artacağı istisna edilmir. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol