Menu

Tbilisdə 4 azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı

16.08.2020, 23:45
Tbilisdə 4 azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanıldı

Tbilisi yaxınlığında Məmmədovlar ailəsinin 4 üzvünün ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü qadın saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1995-ci il təvəllüdlü şəxs Kvemo Poniçala qəsəbəsində avtomobili ilə yol kənarında dayanan avtomobilə çırpılıb və 7 piyadanı vurub. O, daha sonra hadisə yerindən qaçıb.

Qəza nəticəsində 2 nəfər hadisə yerində, digər 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Xəsarət alan 3 nəfər xəstəxanada həkimlərin nəzarəti altındadır.

Qadını 6 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol