Menu

Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalanıb

17.08.2020, 10:53
Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsində fəaliyyət göstərən 1 saylı Yol İstismarı İdarəsinə məxsus asfalt-beton qurğusundan atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Xidmətin rəis müavini Ramal Bağırov "Report"a bildirib ki, faktla bağlı idarənin məsul şəxsi Hidayət Rzayev barəsində protokol tərtib edilib və o, 2 500 manat məbləğində cərimə olunub.

Təmizləyici qurğunun quraşdırılması üçün idarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol