Menu

"Bakı Telefon Rabitəsi" 760 min manatlıq modem alır

17.08.2020, 17:17
"Bakı Telefon Rabitəsi" 760 min manatlıq modem alır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC 3 min ədəd LTE markalı modemin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Mark Keytrinq" MMC-dir.

Qalib şirkətə 760,2 min manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol