Avqustun 17-də Vyana şəhərində Moskva və Vaşinqton arasında strateji sabitlik və silahlar üzərində nəzarət üzrə məsləhətləşmələrin yeni raundu başlanıb.
Rusiya nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sergey Ryabov, ABŞ heyətinə isə prezidentin silahlar üzərində nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli başçılıq edir.
Tərəflər danışıqların gündəliyini avqustun 17-18-də mətbuat üçün bağlı qapılar arxasında müzakirə edəcəklər.
«Açıq peşəkar dialoq uzun müddət bu sahədə hökm sürən təbliğati ritorikadan yaxşıdır» - deyə, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Mixail Ulyanov «Tvitter»də yazıb.
AzPolitika.info


Şərhlər