Menu

ÜST-dən dünya dövlətlərinə gözlənilməz çağırış - Karantin tətbiq etməyin

17.08.2020, 23:32
ÜST-dən dünya dövlətlərinə gözlənilməz çağırış - Karantin tətbiq etməyin

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb, baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi.

Virtualaz.org xatırladır ki, uzun müddət idi ÜST dünyanın demək olar ki, bütün ölkələrinə, pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. Və budur, indi təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.

“Demə, karantinin iqtisadi nəticələri dəhşətli dərəcədə çoxdur və tibbi planda şərti qazancı xeyli üstələyir. İkincisi, ÜST ekspertlərinin fikrincə, pandemiya dövründə maska geyilməsi və sosial məsafəyə riayət olunması tamamilə kifayətdir”,- deyə "Medikforum"yazır.

Bundan başqa, BMT-nin rəhbəri Antoniu Quterriş karantin dövründə məktəblərin bağlanmasını "nəsillərarası fəlakət" adlandırıb və bunun heç bir müsbət nəticə vermədiyini bildirib. Mütəxəssislərin sözlərinə görə, həkimlər məhdudiyyətlərə görə insult, xərçəng və infarkt xəstələrini buraxıblar. Beləliklə, karantin həm də bəzi xəstəlikləri kəskinləşdirə bilər.

Şərhlər

Şaiq 2020-08-18 10:21:52

Dəfələrlə yazmışam, Akademiklərdən sitatlar gətirmişəm ki, insanları karantində saxlamaq, maska taxtırmaq cinayətidir. Qulaq asan olmadı. ÜST - nın yedəyində gedənlər, indi xalqa deməyə sözünüz varmı??? ÜST ....... ........

VƏTƏNDAŞ 2020-08-18 09:58:13

İNSANLARA DƏYƏN ZİYANI BƏS KİM ÖDƏYƏCƏK?SƏRT KARANTİN REJİMİ ADI ALTINDA TƏTBİQ OLUNAN QƏRARLAR KİMLƏRİNSƏ YAXŞI PUL QAZANMASINA SƏBƏB OLDU,DİGƏRLƏRİNİN VAR-YOXDAN ÇIXMASINA SƏBƏB OLDU.TƏKCƏ HƏFTƏNİN 6-CI GÜNLƏRİ MARŞURUTLARIN İŞLƏMƏMƏS VƏ ƏHALİNİN TAKSİDƏN İSTİFADƏYƏ MƏCBUR EDİLMƏSİ İNSANLARA NƏ QƏDƏR ZİYAN VURUR GÖRƏSƏN BU QƏRARLARI VERƏNLƏR BAŞA DÜŞÜRLƏRMİ?QƏRARLAR KİMİNSƏ MARAĞINA GÖRƏ VERİLMƏMƏLİDİR.İNSANLARA YAZIĞINIZ GƏLSİN.

İlqar Ağasəfoğlu 2020-08-18 08:25:33

...Bu qurama, lüzumsuz və bu qəbildən sinonimlərin sıralaması olan təşkilatın özünü əbədi sərt karantinə salıb tarixin zibil qutusuna atmaq lazımdır. Sonra da əlimizin tozunu çırpa-çırpa deməliyik: - Bizi dolamısan ə ?..

t.ədalət 2020-08-18 02:54:42

Azərbaycanda səviyyəsiz qurulan karantin rejimi nəticəsində adamlar ürək-damar xəstəliyinə tutulublar.Koronavirusdan da ağır nəticələr olacaq.Ev həbsxanası milləti zəlil etdi.Yay fəslini,sadəcə evdə keçirib insanlar təbiətdən uzaqlaşdılar.Adamlar müflisləşdilər.Xarici dövlətlərlə müqayisədə Azərbaycan vətəndaşının ehtiyacları ödənbilmədi.Adi günlərdən fərqli olaraq,ikiqat maddi xərclərə düşən adamların,ancaq az qisminə qəpik-quruş( 190 manat) ödənildi... Məmurlar ayda 60-100 min arası pul xərclədiyi halda vətəndaşları cüzi ödənişlə məsxərəyə qoydular...

Kələntər 2020-08-18 00:47:18

Biz isə karantini daha da sərtləşdirəcəyik.Polis də dolanmalıdır ya yox?

Afraim 2020-08-18 00:07:15

Karantin bzi xəstəlikləri kəskinləşdirə bilər yox.kəskinləşdirir desə daha doğru olar.insanları sərbəst buraxmaq və yalnız masks və ara məsafəsinə hhər yerdə hamının nəzarət etməsi.polisin bu işlərdəb ayrılması effektli ola bilər.Çünki poisin mitinq və etirazlardakı qanunsuz davranışları iciimaiyyətdəəolara qarşı nifrət yaratdığından,bir meddət bu polisin işə qarəşmasına fasilə verilsə yaxşı olar.rosesslərə ara verilməlidir.ktk

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol