Menu

BƏŞƏR ƏSƏDİN HALI PİSLƏŞDİ... - Çıxışını yarımçıq kəsdi + VİDEO

18.08.2020, 13:19
BƏŞƏR ƏSƏDİN HALI PİSLƏŞDİ... - Çıxışını yarımçıq kəsdi + VİDEO

Bu günlərdə Suriya diktatoru Bəşər Əsəd Dəməşqdə parlament üzvləri qarşısında çıxış edərkən halı pisləşib. Türkiyə mətbuatının məlumatına görə,Əsəd kürsüdə danışarkən qəfildən nitqi pozulub, cümlələri qurmaqda çətinlik çəkib. 

Bu zaman kameralar onun halının pisləşdiyini göstərməmək üçün zaldan görüntü veriblər. Əsəd nitqini toparlaya bilməyib, zaldakılardan üzr istəyərək su içib, amma yenə halı yaxşılaşmayıb. Nəticədə o, çıxışını yarımçıq qoyaraq kürsünü tərk edib.

Xatırladaq ki, Suriyada əli yüz minlərlə insanın qanına batan Bəşər Əsədin arvadı xərçəngdən müalicə alır.

Bəşər Əsədin halının pisləşməsi barədə Türkiyənin TGRT kanalının süjetini təqdim edirik:

Şərhlər

t.ədalət 2020-08-18 14:35:57

Zalımları çox müdhiş bir ölüm gözləyir.İnsanların haqqını yeyənlərin hamısını belə bir ölüm gözləyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol