Ucar rayon Müsüslü kəndinin bir qrup sakini kəndə yol çəkilişi zamanı baş verən qanunsuzluqlar və özbaşınalıqlardan şikayət edirlər.
Sakinlərin “AzPolitika.info”-ya ünvanladıqları məktubda deyilir ki, kəndinin asfalt örtüyünün tikintisi üçün layihə hazırlanıb və dövlət büdcəsindən pul ayrılıb. Lakin işi icra edən 22 saylı Yol İstismar İdarəsinin müdiri Fizuli Hacıyev kəndə çəkilən asfalt yolun layihəsini öz maraqlarına uyğun formada dəyişərək, qanunsuzluğa yol verib.
Şikayəti imzalayan sakinlər iddia edirlər ki, layihədə kəndə çəkiləcək əsas “ana yol”un onların yaşadığı ərazidən keçməsi nəzərdə tutulsa da, Fizuli Hacıyev saxtakarlıq edərək, lahiyəni dəyişib və işlək olmayan köməkçi yola asfalt örtüyü çəkilməsinə nail olub: “Fizuli Hacıyev bu qanunsuzluğu ona görə edib ki, həmin köməkçi yolun ətrafında onun qohumlarının, ən əsası Ucar rayon Mədəniyyət İdarəsinin müdiri Alı Babayevin evi var...”
Şikayətçilər bildirirlər ki, tikintiyə başlamazdan əvvəl Fizuli Hacıyevin özü sakinlərə layihəyə uyğun olaraq, asfalt örtüyün məhz onların yaşadığı ərazidən keçən yola töküləcəyini deyib. Ancaq yol tikintisi başlayandan sonra idarə rəisinin insanları aldatdığı məlum olub.
Şikayətçilər tikintidə yeyintiyə yol verildiyini və yolun layihəyə uyğun tikilmədiyini də bildirirlər: “Fizuli Hacıyev Prezident İlham Əliyevin sərəncamına əsasən Msüslü kəndinin yol tikintisi üçün ayrılmış vəsaitin düzgün xərclənməsinə dəəngəl yaradıb. Bu isə korrupsiya əməlidir və bunun araşdırılmasına zərurət var. Çünki layihəyəəsasən yolun eni 8-9 metr olmalıdır, hazırda isə onun eni 5 metrdir. Tikinti zamanı yolun kənarında çoxlu sayda yaşıllıq zolağı məhv edilib, su kanalına çınqıl və torpaq tökülüb ki, bu da onun məcrasını daraldıb. Yol hələ tikilib başa çatmamış, indidən bəzi yerləri dağılıb.”

Kənd sakinləri sonda ölkə başçısına üz tutaraq, bu qanunsuzluqlarla bağlı tədbir görülməsini və yolun layihəyə uyğun olaraq, onların yaşadığı ərazidən keçməsinin təmin olunmasını xahiş edirlər.
“AzPolitika.info” yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırdır.
Tahir
“AzPolitika.info”
Qeyd edək ki, məktub Ucar rayonu Müsüslü kəndinin aşağıdakı sakinləri tərəfindən göndərilib:
1. Şəhid atası Qədirov İsmayıl Məhəmməd oğlu; 2.Rəsulov Mətləb Qarakişi oğlu; 3.Qasımov Bahadur Qasım oğlu; 4.Qasımov Mübariz Güləhməd oğlu; 5.Qasımov Qurban Zöhrab oğlu; 6.Rəsulov Məzahir Şaiq oğlu; 7.Həmidov Abdulhəmid Musa oğlu; 8.Həmidova Ulduzə Həmid qızı; 9.Sadıxov Abduləli Musa oğlu; 10.Həmidov Asif Şaiq oğlu; 11. Səmədov Hasil Əlihüseyn oğlu; 12.Allahverdiyev Aqil Əmanət oğlu;13.Məcidov Mirdamət Məcid oğlu; 14.Həmidov Samir Fəti oğlu; 15.Rəsulov Şahin Mirzə oğlu; 16. Rəsulov Hümmət Namət oğlu; 17.Alıyev Sabit Əlipaşa oğlu; 18.Məmmədov Eyni Seyfulla oğlu; 19.Məmmədov Bəylər Qərib oğlu.


Şərhlər
(Şəxsiyyətimi qərəz doğurmamaq, həmçinin təhlükəsizliyə görə hələlik açıqlamıram, Lakin, istəsəniz əlbəttə deyərəm. Həm də bu önəmli də deyil.) Hazırda kənddə AzTV tərəfindən çəkilişi aparılır...
https://www.regionxeberleri.com/sos/27678-aayda-ucardaki-yol-layihesi-ile-bagli-iddialara-cavab-verdi.html
Bu saytın xəbərlərini də Sizə göndərirəm, oxuyub məlumatlanasınız.
Salam, gününüz aydın olsun, hörmətli Azpolitika rəhbərliyi və kollektivi. Xahiş edirəm, bu şərhi mütləq verin. Yazan əslən Müsüslü kəndindən olan Bakı sakinidir. Şəxsiyyətimi qərəz doğurmamaq,Sizə tam rəsmi, doğru, həqiqi olan məlumatları verəcəm. Bu xəbər Ucarda yaşayan jurnalistlər Fuad Hüseynov və onun yaxın ətrafı tərəfindən lentə alınıb, ... dövlətə, onun el-obası və işlədiyi kollektivdə hörmətlə qarşılanan işçisinə qarşı qara yaxmaq... məqsədilə tamamilə təhrif olunub, bloggerlər tərəfindən istiqaməti dəyişdirilərək saytlara ötürülüb. .... Ən düzgünü ətraflı izah etməkdir. Baş verən hadisədən tam və müfəssəl məlumatı olduğuma, bu yazıda yazdıqlarımın doğru olduğuna şərəf və vicdanım üzərinə and içirəm. Rica edirəm, jurnalist etikasına uyğun olaraq siz də verdiyiniz sözü tutaraq haqq-ədalətin bərpa olunmasına yardım edəsiniz. Xülasə olaraq məlumat verim ki, dövlət bu il Müsüslü kəndinə yol çəkməyə qərar verib, vəsait ayırıb, layihələndirib, işləri ardıcıl olaraq görür. Layihə verilərkən peyk görüntüsünə əsasən daha çox insanın xidmətinə verilməsi və həmçinin, tarixən mövcud olmuş, lakin uzun illər ərzində sıradan çıxmış kəndlərarası ictimai nəqliyyat yollarının bərpa edilməsi əsas olaraq götürülüb. Lakin, keçən uzun zaman ərzində kənddə məskunlaşma artmış, yeni kənddaxili xırda yol damarları yaranmışdır. Bu xırda ölçülü yollar məhz kənd sakinlərinin daxili imkanları hesabına və zaman-zaman kənd sakinlərinin tələbilə məhz 22 saylı Ucar RYİİ-nin texnikaları tərəfindən salınıb, təmir olunub, dağılıb sıradan çıxmasına imkan verilməyib. İndi, kəndə yeni yol çəkildiyini görən, evləri xırda küçələr ətrafında yerləşən 20yə qədər ailədən olan kənd sakinləri belə kənddaxili yollara da asvalt örtüyün çəkilməsini niyyətlərini işıqlandırmaq məqsədilə, onların niyyətlərini lazımıi icra orqanlarına çatdıracaqlarına inandıqları “güvənilir” jurnalistlərə üz tutublar. Həmin, bu, .. Fuad və yaxınları guya həm kənd camaatının istəyini yerinə yetirmək, həm də ... məqsədilə kəndlilərə məhz ...böhtan xarakterli çıxış etmələrinə təşviq etmişdir. Lakin, bunu elə formada etmişdir ki, niyyətləri sadəcə yol çəkilişi olan, Fizuli müəllimlə aralarında qohumluq, tanışlıq, uzun müddətli dostluq əlaqələri olan sadə kənd sakinləri hiss etməsinlər. Özlərinə uyğun mənafeyi olan i 1-2 kənd sakinini (adlarını çəkmirəm, etik deyil, onsuz da, səhvlərini anlayaraq üzr istədilər) cəlb edərək belə bir şou düzəldib, 20-dən artıq sayta yayımlanması üçün, o cümlədən, bir neçə ali dövlət rəhbərlərinin ünvanına yollayıblar. Lakin, düz əyrini hər zaman kəsib. AAYDA tərəfindən göndərilən nümayəndə, rayon icra hakiminin nüayəndəsi və digər şəxslər hadisəni yerində araşdırıblar, məlum olub ki, hadisə məhz, təqdim olunduğu kimi deyil. Yayılan xəbər böhtandır. Fizuli Hacıyev məhz o kənddə doğulub, böyüyüb, daima orailə sıx əlaqədə olub, istisnasız bütün xeyir-şər məclislərində hörmətlə qarşılanıb, əlində imkanı olduğu qədər mütəmadi olaraq kəndin imkansızlarına əl tutub, kənd qəbirstanlığının ərazisinin genişləndirilməsi, abadlaşdırılması işlərini dövlət dəstəyilə həyata keçirib, kənddə heç zaman olmayan məscidin tikintisinə öz bacardığı köməkliyi edib, (məscidin tikintisi, onun digər qohumu tərəfindən reallaşdırılıb) kənd yollarının asvaltlanması üçün zaman-zaman aidiyyatı qurumlarda məsələ qaldırıb və bu il buna nail olub. Yeyinti və digər “saxtakarlıqlar”la əlaqədar onu deyim ki, həmin yol üzərindəki işləri başqa rayon təşkilatı icra edir, təhvil təslim isə məhz rayonun 22 saylı Yİİ tərəfindən edilməsi buyurulub. Bunca böyük bir işin, yol layihəsinin yerlərdəki məmurlar tərəfindən dəyişdirilməsi mümkün də deyil. Əksinə, məhz, asvalt çəkilməsi arzulanan o xırda məhlələrdə Fizuli Hacıyevə yaxın qohumlar, eyni zamanda, bir şəhid ailəsi qalır. Bu məsələ, əvvəlcə, Fizuli müəllimlə kənd sakinləri arasında danışılıb, o da öz növbəsində, peşəkar, kollektivdə hörmətlə qarşılanan yol mütəxəssisi kimi bacardığı köməkliyi edəcəyini, həmin əlavə yollara çınqıl və mümkün olarsa, yükgül asvalt qatının çəkilməsi üçün icraçıdan xahiş edəcəyini bildirib və dediyinə əməl edib, razılaşdırıb. Bunu etmək üçün onun hansısa mənfur məqsədi olmayıb. O onsuz da hər zaman kəndin digər ziyalı insanları kimi öz kəndinin, kəndlisinin qayğısına qalmağı özünə borc bildiyindən bunu edib. Xüsusilə də, həmin yerdə şəhid ailəsinin olması ona bu iş üçün təkidlə müraciət etmək üçün cəsarət verib. Amma, bir sıra ünsürlər tərəfindən görülən bütün işlərə kölgə salınıb. Belə mürtəce qüvvələr hər zaman dövlətin gördüyü işlərin üzərinə kölgə salır, təəssüf ki, real hadisədən xəbəri olmayan sadə oxucuları çaşdırır, dövlətdən narazı salır. Yazımı burda sondarıb, bir daha Sizdən rəsmi təsdiq xəbərini özünüz üçün təsdiq etdikdən sonra, bu yalan dezinformasiyaya alət olmamaq üçün ya bu xəbərin təkzibini verin, ya silin, ya da heç olmasa, bu şərhimi verin ki, oxucularınızda çaşqınlıq yaranmasın. Yazdıqlarıma qərəzsiz şübhə ilə yanaşan istənilən kəs özü Müsüslü kəndinə qəfildən gələ, insanlarla danışıb, dediklərimin doğruluğuna inana bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Guya bu şikayətin nəticəsi olacaq?Ölkədə hər yerdə yalan.Bəs xaeicdə evlər.frmalar,obyektlər nə ilə alınır? Belə qazanclarla ki,hansı ki,hökumət.məsul nəzarətçi qurumlar hərəkətsia qalır.
Müsüslülər hələ yolun qalınlığına edilən müdaxilədən danışmırlar.Yalançı qatlar,hündürlük şişirdilmiş ölçülərlə verilməsə Saleh Məmmədovun çörəyi hardan çıxar?