Menu

Polis Kəramət Böyükçölü saxladı - DİN-dən açıqlama (Yeniləndi)

18.08.2020, 18:00
Polis Kəramət Böyükçölü saxladı - DİN-dən açıqlama (Yeniləndi)

Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər: “Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.

Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.

***

Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, yazıçı "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.

Şərhlər

.EJDER 2020-08-19 03:27:04

AYE POLISE MUQAVIMET YADDAN CIXDI,ONUDA YAZIN

Əyyar 2020-08-19 00:36:19

t.ədalətdən sitat: Şairləri təqib nadanlıq əlamətidir. İstedadlı adamlar yaltaq olmur.

Xalx 2020-08-18 23:32:33

34 il iş düşür, basın içəri... 6-7 dəfə belə şikayət olunub, cavab veriblər ki, adamdır da içib səs salir... Tutası deyilik ki?.. İndi bə niyə tuturlar?

X 2020-08-18 22:44:38

Yeqin evden cixmirmis. Yenede Behane tapilir

Səfər 2020-08-18 22:09:59

Danışmağına görə polis şərlədi atdı içəri. Bizim polisin ən populyar metodudur

t.ədalət 2020-08-18 21:14:58

Belə çıxır ki,Kəramətin taleyi rus şairi M.Lermantova bənzəyir.Puşkinin ölümü ilə əlaqədar çarın qəzəbinə gələn şair dueldə öldükdən sonra da çar tərəfindən təqiblərə məruz qalmışdı.Şairləri təqib nadanlıq əlamətidir.İstedadlı adamlar yaltaq olmur.Odur ki,Kəramət kimi belə qürurlu bir yaradıcı adamı şərləmək hakimiyyətə baş ucalığı gətirməyəcək.Bu yerdə mirşahinlərin ağılı ilə oturub-durmaq lazım deyil.Qürurlu adamlarımızı bolşeviklər kimi məhv etməyə dəyməz.

ağzını skoçla 2020-08-18 20:41:38

malades

BAKILI 2020-08-18 18:05:10

Bu qonwu meseleside teze cixdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol