Menu

Malidəki üsyançılar prezident və baş naziri tutublar

18.08.2020, 21:56
Malidəki üsyançılar prezident və baş naziri tutublar

Malidəki üsyançıların lideri Bamakoda, ölkə prezidenti İbrahim Bubakar Keita və baş nazir Bubu Sissenin həbs olunduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd olunub ki, prezident və baş nazir evlərində saxlanılıb.

Bildirilib ki, hazırda onlar zirehli avtomobillə üsyanın başlandığı Kati hərbi hissəsinə aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol