Menu

10 rayonda qaz problemi olacaq

08.10.2014, 10:41
10 rayonda qaz problemi olacaq

Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 12:00-dan 14:00-dək Hacıqabul rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağdaş, Xəzər, Sabunçu, İsmayıllı, Binəqədi və Qusar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol