Menu

Baş epidemioloq Qardabanidəki vəziyyətdən narahatdır

19.08.2020, 13:10
Baş epidemioloq Qardabanidəki vəziyyətdən narahatdır

“Qardabaninin Qaracalar kəndində sərt karantin rejiminin ləğvinə baxmayaraq, oradakı vəziyyət narahatlıq doğurmaqda davam edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, həm Qardabani, həm də Qaracalar kəndi diqqət mərkəzində saxlanılır: “Qaracalarda karantin qaydaları ləğv olunsa da, kənddə tibbi yoxlamalar davam etdirilir. Kənd Tbilisi yaxınlığında yerləşir və paytaxtda infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülür”.

Qeyd edək ki, Qaracalarda karantin rejimi iyulun 24-dən avqustun 10-dək tətbiq olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol