Menu

DAHA BİR İCRA BAŞÇISI HƏBS OLUNDU! - Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib (Yenilənib)

19.08.2020, 14:30
DAHA BİR İCRA BAŞÇISI HƏBS OLUNDU! - Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib  (Yenilənib)

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

Virtualaz.org-a məlum olduğu kimi, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

***

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.“Report” xəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

Şərhlər

Qanunu sevən 2020-08-23 11:55:01

Bu şad xəbər nə vaxt Şəkidə olacaqdır ?

Dövlətini sevən 2020-08-20 15:03:45

Nə üçün Şəkinin icra başçısını,1 müavini, müavinləri ,ərazi idarə etmə şöbəsinin müdirini........İcra başçısı 10 il, 1 müavini 22 il, müavin zəinə 16 il, türmə həyatı yaşamış nizami ismayılov 10 ildir ki, müavin vəzifəsində işləyir, ərazi idarə etmə şöbəsinin müdiri rəfail mənəfov 26 il, hüquq şöbəsinin müdiri əhmədiyə 30 ildən yuxarı, və s... Bu rayonda inkişaf gözləmək olarmı....?

Oxucu 2020-08-20 08:00:59

Bu Baş Prokurorluğun növbəti şousudur. Niyə Baş Prokurorluq Buzovna qəsəbəsi R.Axundov küçəsi 2-də yerləşən 3 saylı yataqxananın həyətini satmış, bu yataqxanada qanunsuz məskunlaşmış şəxslərlə qanunsuz kirayə müqavilələri bağlanması üçün sərəncamlar vermiş, bu yataqxananı kriminal mühitə çevirənləri həbs etmir?

Mehdi 2020-08-19 22:57:46

Bascilarin əleyhine yazilan səhrləri vermirsiniz vermeyin.Taa bu gundən sonra tərifler yazacaqiq caniniz rahat olsun.

Cəfər 2020-08-19 20:33:24

Bunların hamısı bir mərkəzdən idarə olunduğundan seçimə ehtiyac yoxdur.Hanısı yuxarıdab geyilən eyni texnologiya üzrə fəaliyyət göstərir.et

ALİ 2020-08-19 19:30:33

bəs Xarici işlər Nazirliyindəki qanqster-səfirlər, cinyaətkar idarə rəisləri niyə həbs edilmi? Haqqında mətbuatda ancaq neqativ yazılara rast gəlinən, həyat yoldaşının Naxçıvan ermənisi olduğu dəqiq bilinən Birinci Avropa İdarəsinin rəisi.... hələ də iş başındadır.

Oxucu. 2020-08-19 15:24:52

Nə əcəb Bakının Nizami icra başçısını həps etmədilər bəlkə orda qanun pozuntusu rüşvət olmayıb bəs onda niyə işdən qovdular bu rayonda bir yaşılığ belə saxlamadı amma nə olsunki arxası olduğundan gözün üstə qaşın var deyən olmadı.

Mehdi 2020-08-19 14:50:23

Vallah billah Tərtər,Bərdə icra hakimiyyetlerinde cinayetler Kurdemirdekinden 100 defe coxdur.Ə deyirkidə,bir yoxlayin görun duz deyilir yoxsa yox.Demək göstermek neteri olmalidir.

t.ədalət 2020-08-19 14:40:57

Hansı İHB-sı rüşvət almır?

İşsiz 2020-08-19 13:47:57

Arzu Nağıyevin yalan danışması belarusların avtomobilləri də şəxsi deyildi,icarəyə götürülmüü

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol