Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.
“Report”un əldə etdiyi xəbərə görə, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra polis bölməsindən sərbəst buraxılıb.
Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.
Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğundan qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.


Şərhlər
Təəcüblü heç nə yoxdur.Kəramət içdi bir yazar kimi millətin dərdini dedi. Qaldı içməyə. İçir də,hamı içir. Talançı məmurlar vəzifədəkilər çoxu vurandırlar. Fərqi odur ki,onlar kefdən dəmdən vururlar,Kəramət isə qəmdən vurur. Bütün ziyalılarımızı dili girib lazım olmayan yerlərinə. Ancaq Kəramət içdi dedi,ona nə etsələr də dedi getdi.