Menu

Belarusda dövlət televiziyası işçilərini rusiyalılarla əvəzləyiblər

19.08.2020, 18:37
Belarusda dövlət televiziyası işçilərini rusiyalılarla əvəzləyiblər

Belarusda ədalətli seçkinin keçirilməsinə imza atan Milli Dövlət Teleradio Şirkətinin əməkdaşları işə buraxılmayıblar.

“Report” xəbər verir ki, bu barədə məlumatı “tut.by” yayıb.

Əməkdaşlardan birinin sözlərinə görə, Rusiyadan Belarusa iki təyyarə rusiyalı mütəxəssis göndərilib. O qeyd edib ki, onlar etirazda iştirak edən belaruslu mütəxəssislərin vəzifələrini icra edəcəklər.

Xatırladaq ki, avqustun 17-də Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

Şərhlər

Karlsız Marks 2020-08-19 22:10:31

Belarusun Avropa İnteqrasiyasına cəhdindən Kremlə çevrilişi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol