Ermənistanın sabiq prezidenti Serj Sarqsyan avqustun 19-da keçirdiyi mətbuat konfransında 2016-cı ilin aprel döyüşləri də daxil olmaqla, hakimiyyətdə olduğu dövrdə baş verən hadisələrə aydınlıq gətirib.
“AzPolitika.info” xəbər verir ki, Sarqsyan həmişəki kimi Azərbaycanla bağlı həyasız və qırmızı yalanlarla dolu olan açıqlamaları ilə yanaşı, bəzi etiraflar da edib. Xüsusilə də Rusiyanın Ermənistana hərbi yardımına toxunan Sarqsyan deyib ki, təkcə 2010-2018-ci illərdə Rusiya Ermənistana 50 min tondan artıq silah-sursat bağışlayıb.
O, bu faktı hazırkı Baş nazir Nikol Paşinyanın aprel döyüşləri zamanı Rusiyanın roluna dair fikirlərinə cavab olaraq söyləyib. Belə ki, həmin vaxt müxalif deputat olan Paşinyan Moskvanın Azərbaycanın Qarabağda hücuma keçməsinə razılıq verdiyini və bunun üçün şərait yaratdığını iddia etmişdi.
Paşinyan bunu onunla əlaqələndirmişdi ki, Azərbaycan Qarabağda əraziləri azad etdikdən sonra Rusiyanın istəyilə Avrasiya İttifaqına qoşulacaqdı və bununla bağlı Moskva ilə Bakı arasında razılıq olub.

Sarqsyan isə mətbuat konfransında belə fikirlərin Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinin ziddinə olduğunu söyləyərək, jurnalistlərə məsləhət görüb ki, Paşinyandan Rusiyanın aprel döyüşlərindəki rolu ilə bağlı 4 il bundan əvvəlki mövqeyində qalıb-qalmadığını soruşsunlar. Sarqsyan deyib ki, Paşinyanın həmin vaxt dediyi fikirlər həqiqəti əks etdirmir və Ermənistanın strateji müttəfiqi olan Rusiyanı satqınlıqda günahlandırmaq ona qarşı hörmətsizlikdir. Bu mövqe isə Ermənistan üçün ağır nəticələr verə bilər.
Sabiq prezidentin toxunduğu daha bir maraqlı məsələ isə Ermənistandakı Rusiya hərbi bazasının statusu ilə bağlı olub. Sarqsyan deyib ki, 2010-cu ilə qədər bu baza yalnız MDB-nin sərhədlərinə görə cavabdeh idi. Yəni yalnız Ermənistanın Türkiyə və İranla sərhədlərinin təhlükəsizliyinə təminat verirdi.
2010-cu ildə isə o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin İrəvana səfəri zamanı həmin bazanın artıq Ermənistanın bütün sərhədlərinə görə cavabdehlik daşımasına dair müqavilə imzalanıb. Həmçinin həmin müqavilə ilə Rusiya Ermənistan ordusunun modernləşdirilməsi öhdəliyini də öz üzərinə götürüb.

Bundan sonra da Ermənistana 50 min ton silah-sursatın verilməsi baş tutub: “Biz 2018-ci ilə qədər 50 min tona qədər hərbi-texniki yardım almışıq. Hərbi-texniki yardım o deməkdir ki, buna görə pul ödəmirsən.”
Ardınca 2016-cı ilin aprel döyüşlərindən danışan Sarqsyan iddia edib ki, Azərbaycanın iri miqyaslı hücumunun qarşısını da Rusiyanın verdiyi “İskəndər-M” raketlərinin hesabına alıblar. Daha doğrusu, guya rəsmi Bakı İrəvanın bu raketlərlə Bakını və ya Gəncəni vuracağından ehtiyatlanıb. Həmin raketlər isə Ermənistana 200 milyon dollarlıq kredit müqaviləsi əsasında verilib. Sarqsyan bununla da işarə edib ki, elə həmin raketlər də müftə verilmiş kimi bir şeydir.

Sabiq prezident xatırladıb ki, Rusiya heç Belarusa da “İskəndər-M” raketi verməyib. MDB-də yalnız Ermənistanda bu raketlərdən var. Həmçinin bildirib ki, Azərbaycanın həmin döyüşlərdə hərbi aviasiyadan istifadə etməməsi də təsadüfi deyil. Çünki Azərbaycan təyyarələri münaqişə zonasına yaxınlaşan kimi, yenə də Rusiyanın “S-300” zenit-raket kompleksləri onları hədəfə ala bilir.
Bir sözlə, Sarqsyan Paşinyana başa salmağa çalışıb ki, Ermənistanı Azərbaycanın əlindən qurtaran Rusiyadır və ona “şıllaq atmaq” olmaz. Digər tərəfdən isə onun bu açıqlamaları bir daha sübut edir ki, Rusiya kimin tərəfindədir, kimi silahlandırır və onun Azərbaycana gerçək münasibəti nədən ibarətdir.
Tahir
AzPolitika.info

Şərhlər
???.....::::___
Turkiye,ile tecilli birlesmek vaxti catib.Derk elemeyenler,kabanin,qulu olmaqa hazirdir.Boz qurdlar,qurdla,kabanlarda kabanla yasayacaq...,
zahid oruclar Azərbaycana düşmənlik edən xarici qüvvələrin əlində maşadırlar.zahid oruc kimilər qəzənfər musabəyovların,həmid sultanovların,çingiz ildırımların rolunu oynayırlar.zahid oruc kimi türk düşmənlərini də yuxarıda adı çəkilən milli satqınların taleyi gözləyir.Rusiya bizə hansı düşmənlikləri etməlidir ki ,milli satqınlar Rusiya quyruğundan əl çəksinlər.
RUSİYA SİLAHINI DƏYƏRİNDƏN 3-4 QAT BAHASINA AZƏRBAYCANA SATMAQLA BİZİM HESABIMIZA ERMƏNİNİ SİLAHLANDIRIR.AZƏRBAYCA RUSİYA İLƏ MÜNASİBƏTLƏRİNƏ YENİDƏN BAXARAQ NƏTİCƏ CIXARTMALIDIR.
RUSPƏRƏSTLƏR OXUYUB RİYAKAR RUSİNIN ELƏDİKLƏRİNDƏN LƏZZƏT ALIN.
гитлер-путлер и гарегин нижде заполняет друг друга
z
zahid oruc
Daha uzun qirmizi xali toxuyaq belke soxaq sehidlerimize hormet qoymayanlarin gozune
Əla! Hər iki dövlətə öz xalqları və Azərbaycan tərəfindən Silah-sursat geri qaytarana qədər və İşğal zonasını tərk edənəcən sərt sanksiyalar tələb etmək gərəkdir!
Milli Meclise, TEYIN OLUNMUSH.... Zahid Oruc tipli unsurler, Azerbaycan XALQININ TAM ISTEYINE QARSHI, metbuatda anti - milli, anti - Azerbaycan tebliqati apararaq, Azerbaycan - Turkiye HERRBI ITTIFAQININ YARADILMASINA MANECHILIK EDIRLER.......
Sarqsyan əlli min ton deyirsə,deməli,Rusiya ermənistana ən azı 500 min ton silah-sursat verib.Əslində ermənistandakı cəbbəxana elə Rusiyanın özününküdür.Çünki bizimlə vuruşan Rusiyadır.Rusiya bu müharibəyə,həm də ordusunun təlim-məşq hazırlığı kimi baxır.ermənistana sılah-sursat verən Rusiya Azərbaycanda da böyük casus şəbəkəsi yaradıb.Bu şəbəkə ermənistana verilən silahlardan da təhlükəlidir.Ordumuzun içərisinə kimi Rusiyanın dürtdüyü bu xəyanətkarlardan yaxa qurtarmasaq hələ çoxlu faciələrlə rastlaşacağıq.
karapetə 50 min ton müftə silah verən rus sənin dövlətin param-parça olsun inşaallah! Hələ bunların gəmilərini duz çörəklə qarşılayırlar, ölüm olsun onlara!
Bu məqaləni rusofoblar oxusunlar. Bizə qalanda isə biz bilirik ki, Azərbaycan xalqının ermənidən də çox düşməni ruslardır. Bu "millət" dünyadakı bütün münaqişələrin müəllifidir, onların barmağıdır bütün dünyanı qarışdıran.