Menu

"Layiqli cəzalarını alacaqlar” - Kürdəmirin deputatı

20.08.2020, 14:06
"Layiqli cəzalarını alacaqlar” - Kürdəmirin deputatı

“Kürdəmir əhalisinin, RİH-nin vəzifəli şəxsləri tərəfindən rüşvət alınması, dövlət əmlakının ələ keçirilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı qeyd olunan faktlar təsdiqini tapmış və 19.08.2020-ci il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıb”.

“Report” xəbər verir ki, bunu 57 saylı Kürdəmir seçki dairəsinin deputatı Əminə Ağazadə “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, icra başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikası CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir. Hazırda həmin faktla əlaqədar tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.

“Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü kimi təəssüf hissi ilə bildirirəm ki, ölkədə davam edən korrupsiya ilə radikal mübarizə tədbirlərinə baxmayaraq, deputat seçildiyim Kürdəmir rayonunda da bu kimi neqativ hallar baş vermişdir. Ancaq əminliklə bildirirəm ki, güclü dövlət, şəffaf idarəçilik sistemi naminə bundan sonra da korrupsiya ilə əlaqədar hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar kəsərli tədbirlər davam etdiriləcək və təqsirli şəxslər öz layiqli cəzalarını alacaqlar”-deputat əlavə edib.

Şərhlər

Kürdəmirli 2020-08-27 03:19:14

..... düz deyir də ceyhun cəfərov bu deputatı saxta secdirib utanmadanda danışır eee sən hec 10 % belə səs yığmamışdın bu gün itdiham elədiyin cethun cəfərov səni müsübətnən secdirdi qəribovlarnan sənə görə vuruşdu nəticədə sənin güdazına getdi başcı ........

Asim 2020-08-20 22:26:47

Gözəl xanımdı.

KkÜRDƏMİRLİ 2020-08-20 14:55:25

Əgər deputat Kürdəmirdəki özbaşınalığı bilirdisə niyə indiyə kimi bu barədə Milli Məclisdə,məuatda çıxış etməyib? Həbs olunduqdan sonra bu çıxış ayıb deyilmi? Bu yıxlana balta çaxmaq və ya yatıb sonradan MƏNASIZ oyaanmaq dEyil? Deputatı belə olan ölkənin gələcəyi nə olacaq7

İbrahim 2020-08-20 14:34:29

Deputat maaşı gözləyir

İ.Mustafaoğlu 2020-08-20 14:16:57

Deputat xanım, siz bilmirdiniz , Kürdəmirdə Korrupsiyanın hökm sürməsini ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol