Menu

ELDAR HƏSƏNOV AĞIR XƏSTƏDİR? - Vəkilindən açıqlama

20.08.2020, 15:25
ELDAR HƏSƏNOV AĞIR XƏSTƏDİR? - Vəkilindən açıqlama

Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayev “Yeni Müsavat” qəzetinə müsahibəsində keçmiş səfir Eldar Həsənovun səhhətində problemlər olduğunu bildirib.

"... Adam xəstədir, ağ qan xəstəliyi var, adamın ona yazığı gəlir" - deyə N.Qocayev deyib.

Qeyd edək ki, Eldar Həsənovun xəstə olması onun rəhbərlərindən biri olduğu Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fondun (LFSPD) üzvlərinin Prezident İlham Əliyevə müraciətində də əks olunub: "...Xahiş edirik, nəzərə alasınız ki, Eldar Həsənovun həbsdə saxlanması onun şəkərli diabet, damar trombozu, aterosklerotik kardioskleroz və COVID-19 pandemiyası şəraitində sağlamlıq üçün son dərəcə təhlükəli olan immun çatışmazlığı kimi xroniki xəstəliklərlə ağırlaşmış sağlamlığına çox ağır ziyan vura bilər..."

Eldar Həsənovun vəkili Adil İsmayılov "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bu barədə xəbərsiz olduğunu bildirib.

"AzPolitika.info"

Şərhlər

Aborigen 2020-08-23 19:33:31

Səbr ilə halva bişər ey qora səndən, Bəsləsən atlaz olar tut yarpağından.

müəllim 2020-08-20 21:15:57

Allah böyükdür

Adsız 2020-08-20 19:25:36

Gözlərndən xəstəyə oxşamır. ..

t.ədalət 2020-08-20 19:17:02

...onu həbsxanada yatmağa qoymazlar.Bir səbəb tapıb çıxaracaqlar.

həsən 2020-08-20 16:50:41

hə oldu vəzifədə olanda at kimi kişnəyirlər gözləri ayaqlarının altını görmür, eləki tutulurlar hamısı xəstə olur....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol